Bakının Babək prospektində bir qrup sakin yolu bağlayıb

Bakının Babək prospektində bir qrup sakin yolu bağlayıb
# 26 may 2011 10:23 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakı şəhərində bir qrup sakin yolu bağlayıb. APA-nın məlumatına görə, Babək prospektində bir qrup sakin yola çıxaraq prospektdə işıqfor qoyulması tələbi ilə aksiya keçirməyə cəhd göstərib. Onlar nəqliyyatın hərəkətinə mane olublar. Nəticədə yolda nəqliyyatın hərəkəti tam dayanıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, hadisə yerinə əməliyyat qrupu gedib. Həyata keçirilən tədbirlər nəticəsində yol boşaldılıb və nəqliyyatın hərəkəti bərpa edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR