Göyçayda avtomobil aşıb, ağır yaralananlar var

Göyçayda avtomobil aşıb, ağır yaralananlar var
# 27 may 2011 19:14 (UTC +04:00)
Göyçay. Şahnəzər Bəşirov-APA. Göyçay rayonunda ağır avtomobil qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin müstəntiqi Mübariz Nəsirov APA-nın Şirvan bürosuna bildirib ki, hadisə bu gün axşam saat 18:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 192-ci kilometrliyində, Göyçayın Qaraməryəm kəndi ərazisində qeydə alınıb. Göyçay şəhər sakini 1976-cı il təvəllüdlü Məmmədov İlqar Akif oğlunun idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili yüksək sürətlə hərəkətdə olarkən yoldan çıxaraq aşıb. Hadisə nəticəsində sürücü İlqar Məmmədov və sərnişinlər - 1966-cı il təvəllüdlü Məmmədova Sevinc Məmməd qızı və 1962-ci il təvəllüdlü İbrahimova Məhruzə Məmməd qızı müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı BDYPİ-nin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR