Masallı rayon sakini Viləşçay körpüsünün altında özünü asıb

Masallı rayon sakini Viləşçay körpüsünün altında özünü asıb
# 31 may 2011 09:21 (UTC +04:00)
Masallı. Ağəddin Babayev-APA. Azərbaycanın Masallı rayonunda intihar hadisəsi baş verib. APA-nın Cənub bürosunun məlumatına görə, rayonun Ərkivan qəsəbə sakini, 1984-cü il təvəllüdlü Arzuman Əhliman oğlu Rəhimovun meyiti bu gün səhər saat 7.00 radələrində Viləşçay körpüsünün altında kəndirdən asılmış vəziyyətdə aşkarlanıb. İki uşaq atası olan mərhumun intihar etməsinin səbəbləri hələlik məlum deyil. Faktla bağlı Masallı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR