Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib
# 31 may 2011 16:02 (UTC +04:00)
APA-nın xəbərinə görə, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumatda bildirilir ki, bununla yanaşı, dayanma-durma qaydalarını pozaraq avtomobillərini qadağan olunmuş yerlərdə saxlayan sürücülər həm şəhər sakinlərinin, həm də paytaxta gəlmiş qonaqların rahat və fasiləsiz hərəkətlərinə mane olmaqla tıxacların, eləcə də ləngimələrin əmələ gəlməsinə şərait yaradırlar.

Belə halların qarşısının alınması məqsədilə BDYPİ sürücülərdən xahiş edir ki, Bakı şəhərində nəqliyyatın sıxlığını nəzərə alaraq əhalinin küçə və yollarda təhlükəsiz hərəkətinin təmin olunması üçün yol nişanlarının, eləcə də nişanlanma xətlərinin tələblərinə riayət etsinlər. Əks təqdirdə, bu qaydaları pozmuş fiziki və hüquqi şəxslər barəsində qanunvericiliyə uyğun olaraq ciddi tənbeh tədbirləri görüləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR