Şəmkirdə qəbiristanlıqda yanğın baş verib

Şəmkirdə qəbiristanlıqda yanğın baş verib
# 04 iyul 2011 12:28 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda qəbiristanlıqda yanğın olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən yaydığı məlumata görə, hadisə Şəmkir rayonu, Kür qəsəbəsindəki (rayon mərkəzindən 6 km aralı) qəbiristanlıqda qeydə alınıb. Qəbiristanlıqda baş verən yanğın nəticəsində 2 hektar sahədə quru ot yanıb. Yaxınlıqdakı ağaclar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub, yanğının qarşısı alınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR