İşgəncələrlə bağlı Milli Preventiv Mexanizm qrupunun üzvləri polis bölmələrinə və müvəqqəti saxlanma təcridxanalarına başçəkmələr həyata keçiriblər

İşgəncələrlə bağlı Milli Preventiv Mexanizm qrupunun üzvləri polis bölmələrinə və müvəqqəti saxlanma təcridxanalarına başçəkmələr həyata keçiriblər
# 04 iyul 2011 16:00 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili yanında yaradılmış İşgəncələrlə bağlı Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri azadlığın tam və ya qismən məhdudlaşdırılması yerlərinə başçəkmələri davam etdirirlər. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ombudsman Elmira Süleymanovanın tapşırığına əsasən, qrupun üzvləri Daxili İşlər Nazirliyi Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 20 və 22-ci polis bölmələrinə və müvəqqəti saxlanma təcridxanasına (MST), habelə Binəqədi RPİ-nin müvəqqəti saxlanma təcridxanalarına başçəkmə həyata keçiriblər.

Qrupun üzvləri başçəkmələr zamanı bu müəssisələrdəki saxlanma şəraitini araşdırıb, həmçinin saxlanmanın qanuniliyini təsdiq edən sənədlərlə tanış olub, hər hansı pozuntu aşkar edilməyib.

Şübhəli və ya təqsirləndirilən şəxs qismində saxlanılanlarla söhbət aparılıb, onlara hüquqları izah olunub.

Həmin şəxslər saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan şikayət etməyiblər.

Başçəkmə keçirilmiş müəssisələrin rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR