Bəxtiyar Hacıyevin apellyasiya şikayəti təmin olunmayıb

Bəxtiyar Hacıyevin apellyasiya şikayəti təmin olunmayıb
# 06 iyul 2011 11:24 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Gəncə Apellyasiya Məhkəməsində keçmiş deputatlığa namizəd Bəxtiyar Hacıyevin şikayətinə baxılıb. Təqsirləndirilən şəxsin vəkili Elçin Namazov APA-ya açıqlamasında bildirib ki, Gəncə Apellyasiya Məhkəməsi Bəxtiyar Hacıyevin cinayət işi üzrə birinci instansiya məhkəməsinin hökmündən verilən apellyasiya şikayətini təmin etməyib.

Qeyd edək ki, Bəxtiyar Hacıyev bu il martın 4-də Gəncə şəhərində həbs edilib. Mayın 18-də Gəncə şəhər Nizami rayon Məhkəməsi hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma maddəsi ilə irəli sürülmüş ittiham üzrə B. Hacıyev haqqında 2 illik həbs qərarı çıxarıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR