Ombudsman Aparatının əməkdaşları Xızı rayon Polis Şöbəsinin Müvəqqəti Saxlanma Təcridxanasına baş çəkiblər

Ombudsman Aparatının əməkdaşları Xızı rayon Polis Şöbəsinin Müvəqqəti Saxlanma Təcridxanasına baş çəkiblər
# 06 iyul 2011 15:25 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili yanında yaradılmış İşgəncələrlə bağlı Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri, Ombudsmanın Quba Regional Mərkəzinin əməkdaşları azadlığın tam və ya qismən məhdudlaşdırılması yerlərinə başçəkmələri davam etdirirlər. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müvəkkilin tapşırığına əsasən, qrupun üzvləri bu günlərdə Xızı Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlanma Təcridxanasına (MST) başçəkmə həyata keçiriblər. Onlar bu müəssisədəki saxlanma şəraitini araşdırıb, həmçinin saxlanmanın qanuniliyini təsdiq edən sənədlərlə tanış olublar. Məlumata görə, başçəkmə zamanı hər hansı bir qanun pozuntusu aşkar edilməyib.
Şübhəli şəxs qismində saxlanılanlarla söhbət aparılıb, onlara hüquqları izah olunub. Həmin şəxslər saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan şikayət etməyiblər. Başçəkmə keçirilən müəssisənin rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR