Qubada avtomobil ana və uşaqlarını vurub

Qubada avtomobil ana və uşaqlarını vurub
# 11 iyul 2011 07:07 (UTC +04:00)
Hadisə Quba-Bakı yolunun 1-ci km-də Quba şəhəri ərazisində baş verib. APA-nın şimal bürosunun məlumatına görə, Quba şəhər sakini Asif Əhmədov idarə etdiyi “VAZ 2107” markalı nəqliyyat vasitəsi ilə qarşısına çıxan 3 piyadanı - Quba rayonu İspik kənd sakinləri, 1983-cü il təvəllüdlü Eldarova Validə Şakir qızı və onun iki azyaşlı övladı - 1998-ci il təvəllüdlü Eldarova Ayan Ramiq qızı və 2010-cu il təvəllüdlü Eldarov Elay Ramiq oğlunu vurub. Ana və uşaqları müxtəlif bədən xəsarətləri alıblar.

Sürücü A. Əhmədov yaralıları təcili Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırıb.

Xəstəxananın həkimi Nurəddin Abdulrzayevin APA-nın yerli müxbirinə bildirdiyinə görə, xəstələrə ilkin tibbi yardım göstərilib, 1 yaşlı Elay Eldarovun vəziyyəti digər xəstələrə nisbətən daha ağırdır. Qəzanın baş vermə səbəbləri araşdırılır.

Qeyd edək ki, qəza nəticəsində xəsarət alan Eldarovlar ailəsi bir ay öncə daha bir bədbəxt hadisə ilə üzləşib. Quba rayonunun İspik kəndində bu ailəyə məxsus evdə yanğın baş verib. Hazırda onlar Quba şəhərində kirayədə qalırlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR