Bakıda ağır yol qəzası baş verib, ölən və yaralananlar var

Bakıda ağır yol qəzası baş verib, ölən və yaralananlar var
# 11 iyul 2011 08:35 (UTC +04:00)
Hadisə iyulun 10-da Mir Cəlal küçəsi, 11-in qarşısında qeydə alınıb. İsmayıl İsmayılovun idarə etdiyi “Range Rover” markalı avtomobil yolun əks istiqaməti ilə hərəkət edən Məcid Rəsulovun idarə etdiyi “Nissan Qaşqay” markalı avtomobillə toqquşub. Nəticədə “Nissan Qaşqay”ın sürücüsü M. Rəsulov, sərnişinləri Mariya Səmədova, Məleykə İdrisova və Südabə İdrisova Klinik Tibbi Mərkəzə yerləşdiriliblər. S. İdrisova aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR