Azərbaycan paytaxtında özəl şirkətə silahlı basqın olub, şirkətin rəhbəri odlu silahla qətlə yetirilib, bir nəfər isə yaralanıb

Azərbaycan paytaxtında özəl şirkətə silahlı basqın olub, şirkətin rəhbəri odlu silahla qətlə yetirilib, bir nəfər isə yaralanıb
# 11 iyul 2011 13:57 (UTC +04:00)
Hadisə bu gün Nərimanov rayonu Teymur Əliyev küçəsində qeydə alınıb. Naməlum şəxslər həmin ünvanda yerləşən “Azər-Ross” MTK-nın ofisinə daxil olaraq şirkətin rəhbəri Əflatun Piriyev və şirkətin baş mühasibi, Əmiraslan Əhmədovu güllələyiblər. Şirkətin rəhbəri aldığı güllə yarasından yerindəcə keçinib. Ə. Əhmədov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisənin motivi məlum deyil.

Hadisə yerinə Bakı şəhər Prokurorluğunun əməkdaşlarından ibarət istintaq qrupu çıxıb. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR