Zaqatalada ev qarət edən şəxs tutulub

Zaqatalada ev qarət edən şəxs tutulub
# 12 iyul 2011 08:48 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov - APA. Azərbaycanın Zaqatala rayonunda ev qarət edən şəxs həbs edilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib. Məlumatda bildirilir ki, Zaqatala şəhəri, Sovet Qocayev, 21 ünvanında yaşayan Ayna İbrahimxəlilova yaşadığı evin qarət olunması barədə RPŞ-yə ərizə ilə müraciət edib. Əməliyyat-axtarış qrupunun keçirdiyi əməliyyat tədbirləri nəticəsində Ayna İbrahimxəlilovanın evini qarət edənin 1954-cü il təvəllüdlü, Zaqatala şəhər sakini Yepifansev Vasili Nikolayeviç olduğu müəyyən edilib. V. Yepifansev Zaqatala şəhəri ərazisində tutularaq istintaqa təhvil edilib. O istintaqa verdiyi ilkin ifadəsində
A. İbrahimxəlilovanın evindən oğurluq etməsi faktını təsdiqləyib. V Yepifansevin oğurladığı ev əşyaları satmaq üçün verdiyi satış məntəqələrindən yığılaraq maddi sübut kimi istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlayıb, onun digər oğurluq hadisələrində iştirak edib-etməməsi araşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR