Qurban Yetirmişli: “Şirvanda bu gün baş verən zəlzələlər yer daxili proseslərin və köhnədən qalma zəlzələ ocağının təsiridir”

Qurban Yetirmişli: “Şirvanda bu gün baş verən zəlzələlər yer daxili proseslərin və köhnədən qalma zəlzələ ocağının təsiridir”
# 12 iyul 2011 10:00 (UTC +04:00)
Bunu APA-ya Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bu gün Şirvan şəhərində iki yeraltı təkanın baş verməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Şirvan şəhərində bu gün baş verən zəlzələlər yer daxili proseslərin və həmin zəlzələ ocağının təsiridir: “Bu ərazidə ötən əsrin 80-ci illərində də intensiv zəlzələlər olub. Bu gün baş verən təkanlar hiss olunmadığından qorxulu bir şey yoxdur”.

Q. Yetirmişli ikinci zəlzələnin birinci zəlzələnin avtoşoku olduğunu təsdiqləməyib: “Zəlzələ sönəndən sonra bilinəcək ki, bu təkanlardan hansı avtoşok, yəni zəif, hansı forşok, yəni güclü olub”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR