Azərbaycanda kirayədə yaşayan prokurorluq işçilərinə verilən pul kompensasiyasının məbləği müəyyənləşib

Azərbaycanda kirayədə yaşayan prokurorluq işçilərinə verilən pul kompensasiyasının məbləği müəyyənləşib
# 14 iyul 2011 11:44 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Nazirlər Kabineti «Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə pul kompensasiyasının məbləği və verilməsi Qaydası»nı təsdiq edib. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Qaydalara əsasən, prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan prokurorluq işçilərinə qulluq keçdiyi dövr ərzində müvəqqəti mənzilin kirayəsi üçün yaşayış məntəqəsindən asılı olaraq, pul kompensasiyası hər ay
Bakı şəhərində 47 manat, başqa şəhər və rayon mərkəzlərində 33 manat, digər yaşayış məntəqələrində 27 manat olmaqla ödəniləcək.

Qaydalarda prokurorluq işçilərinə pul kompensasiyasının verilməsi üçün tələb olan sənədlərin siyahısı müəyyənləşdirilib.

Sənədlər hər il yenidən toplanaraq, prokurorluq orqanının maliyyə qurumuna təqdim edilməlidir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən xidməti mənzillə (digər yaşayış sahəsi ilə) təmin edilmiş prokurorluq işçilərinə müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası ödənilməyəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR