Azərbaycan paytaxtında avtomobil yük qatarı ilə toqquşub, 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Azərbaycan paytaxtında avtomobil yük qatarı ilə toqquşub, 1 nəfər ölüb, 3 nəfər yaralanıb
# 16 iyul 2011 09:36 (UTC +04:00)
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 16-da saat 01.05 radələrində Nizami rayonu H. Əliyev prospektindəki qorunmayan keçiddə Bakı şəhər sakini Qəzənfər Həsənov idarə etdiyi "VAZ-2106" markalı avtomaşını "Azərsun Holding"ə məxsus yük qatarına vurub.

Nəticədə Q. Həsənov hadisə yerində ölüb, maşında olan sərnişinlər - Bakı şəhər sakinləri Tural Abdullayev, Elxan Əlibəyov və İlqar Dadaşov isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.

Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR