Braziliyada təbii fəlakət 10 nəfərin həyatına son qoyub

Braziliyada təbii fəlakət 10 nəfərin həyatına son qoyub
# 20 iyul 2011 01:55 (UTC +04:00)
Bakı-APA. Braziliyanın şimal-şərqində şiddətli yağışların səbəb olduğu daşqınlar 10 nəfərin ölümü ilə nəticələnib. Hadisə Pernambuku və Paraiba ştatlarında baş verib.

26 şəhərdə sürüşmə qeydə alınıb və fövqəladə vəziyyət rejimi elan olunub. 13 mindən artıq insan öz evlərini tərk edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR