Kürdəmir sakinin həyətyanı sahəsindən küllü miqdarda marixuana kolu aşkar edilib

Kürdəmir sakinin həyətyanı sahəsindən küllü miqdarda marixuana kolu aşkar edilib
# 22 iyul 2011 13:11 (UTC +04:00)
Kürdəmir. Elvin Yaqubov - APA. Azərbaycanın Kürdəmir rayonunda həyətyanı sahədə xüsusi üsulla yetişdirilmiş narkotik vasitə olan marixuana kolları aşkar edilib. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı keçirilən reyd zamanı şübhəli şəxs kimi rayonun İsmayıllı kənd sakini, 1951-ci il təvəllüdlü Məcidov Soltanmahmud Mustafa oğlunun həyətyanı sahəsinə baxış keçirilib. Oradan xüsusi qulluq edilmə yolu ilə yetişdirilmiş 35 ədəd marixuana kolu aşkar edilib. Faktla bağlı S. Məcidov tutularaq istintaqa təhvil verilib, barəsində cinayət işi açılaraq araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR