Azərbaycanda bu ilin birinci yarısında 1895 şəxsin sürücülük hüququ məhdudlaşdırılıb
22 iyul 2011 16:37 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Daxili İşlər Nazirliyində bu gün keçirilən kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov bildirib. Nazir müavini deyib ki, avtomobillərinin şüşələrinə pərdə və plyonka çəkmiş 5130, avtoxuliqanlıq etdiyinə görə, 298 şəxs barəsində qanunauyğun tədbirlər görülüb. Müxtəlif inzibati xətalara görə tərtib olunmuş 411.381 protokol üzrə 369.979 nəfər cərimələnib, 1724 nəfər məhkəmələr tərəfindən həbs olunub. Nazir müavini, hesabat dövründə 20.265 ərizə və şikayətin araşdırıldığını, nazirliyin rəhbərliyi və struktur xidmətlər tərəfindən 2500-dən çox vətəndaş qəbul edildiyini, qanunçuluğun pozulmasına qarşı həyata keçirilən davamlı mübarizənin müsbət nəticəsi olaraq polis əməkdaşlarından şikayətlərin sayının ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,1% azaldığını da bildirib.
Hadisə
Keçmiş vəkil məhkəmə zalında həbs olunub
17:35
18 sentyabr 2024
Naxçıvanda İrandan Türkiyəyə yük aparan maşında xeyli psixotrop dərman aşkarlanıb
17:11
18 sentyabr 2024
Gəncədə sərnişin avtobusu minik maşını ilə toqquşub - FOTO
15:48
18 sentyabr 2024
Biləsuvarda minik maşını traktorla toqquşub, 4 nəfər xəsarət alıb
15:01
18 sentyabr 2024