Bakıda ölümlə nəticələnən yol qəzası baş verib

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib
# 25 iyul 2011 07:44 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən bildirilib.

Hadisə iyulun 24-ü saat 17:50 radələrində, Şəhər şosesində qeydə alınıb. Rəfail Əliyev idarə etdiyi “Yamaha” markalı motosikleti idarəetməni itirərək maneəyə vurub. Nəticədə sürücü aldığı xəsarətdən hadisə yerində ölüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR