Xalq artisti Flora Kərimova gözündən əməliyyat olunub

Xalq artisti Flora Kərimova gözündən əməliyyat olunub
# 28 iyul 2011 09:25 (UTC +04:00)
APA-ya açıqlamasında xalq artisti Bakıdakı özəl klinikalardan birində dünən baş tutan əməliyyatın uğurlu keçdiyini deyib: “Hazırda özümü yaxşı hiss edirəm. gözümdə aparılmış uğursuz əməliyyata görə, mən yenidən əməliyyat olunmalıydım. Amma hər dəfə bir iş çıxırdı, əməliyyata getmirdim. Nəhayət gözlənilən əməliyyat dünən baş tutdu. Əməliyyat çox rahat və gözəl şəraitdə keçdi. Klinikada qayğı gördüm. Əməliyyat olunduğum klinikanın baş həkiminə, məni əməliyyat edən həyata keçirən Dilqəm həkimə dərin minnətdarlığımı bildirirəm. Xüsusi qeyd etmək istəyirəm ki, əməliyyatım təmənnasız həyata keçirildi. Məndən bir qəpik də pul almadılar. Çox sevinirəm ki, millətimiz, xalqımız sənətkara hörmət hissini itirməyib”.

Flora Kərimova bildirib ki, klinikada ona özünə və qızına həsr olunmuş “Nigaranam” adlı kitab da hədiyyə olunub. Kitabın müəllifi Ceyhun Lətafətdir.

Sənətçi əməliyyat olunduğunu övladlarından və qohumlarından gizlətdiyini də deyib: “Əməliyyatdan o qədər də qorxmurdum, amma bunu övladlarımdan və qohum-əqrəbamdan gizlətdim. Mətbuatdan oxuyandan sonra hamısının xəbəri olacaq”.

Hər iki gözünün alt və üst qapağında əməliyyat keçirin F. Kərimova onu da qeyd edib ki, şiş çəkilənə, gözləri təbii halını bərpa edənə qədər hələ bir müddət eynəklə gəzəcək: “Amma sonra eynəyimi çıxaracam. Çünki özüm də gözlərim üçün darıxmışam”.

Qeyd edək ki, bu, Flora Kərimovanın gözlərində aparılan sayca üçüncü əməliyyatdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR