2 aprel aksiyasında saxlanan dörd nəfərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib

2 aprel aksiyasında saxlanan dörd nəfərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib
# 29 iyul 2011 10:07 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Nəsimi rayon Məhkəməsində İctimai Palatanın (İP) aprelin 2-də keçirdiyi icazəsiz aksiya zamanı saxlanılan Ülvi Quliyev, Əhəd Məmmədli, Elnur Məcidli və Rüfət Hacıbəylinin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib. Vəkil Elçin Namazovun APA-ya verdiyi xəbərə görə, prosesdə müdafiə tərəfinin təqsirləndirilən şəxslərin barələrində olan həbs-qətimkan tədbirinin daha yüngül cəza ilə əvəz olunması barədə verdikləri vəsatətlərlə bağlı məhkəmənin qərarı elan olunub. Qərara əsasən həmin vəsatət təmin olunmayıb. Proses avqustun 9-da davam etdiriləcək.

Xatırladaq ki, aprelin 2-də baş vermiş hadisələrlə bağlı fakta görə Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb, 14 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR