Bakıda fövqəladə hallara mülki hərbi hazırlıq proqramı çərçivəsində seminar keçirilib

Bakıda fövqəladə hallara mülki hərbi hazırlıq proqramı çərçivəsində seminar keçirilib
# 29 iyul 2011 11:41 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Bakıda ABŞ Ordu Mühəndislər Korpusu və Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) birgə təşkilatçılığı ilə Fövqəladə hallara mülki hərbi hazırlıq proqramı çərçivəsində seminar keçirilib. APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, iyulun 25-dən 28-dək davam etmiş seminarda subasmaların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə masaüstü təlim təşkil olunub.

Tədbirdə Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik və Səhiyyə nazirliklərinin, Dövlət Sərhəd Xidməti, "Azerenerji" ASC və Dövlət Dəniz Administrasiyasının nümayəndələri də iştirak edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR