Konqoda baş verən gəmi qəzasında 90 nəfər həlak olub

Konqoda baş verən gəmi qəzasında 90 nəfər həlak olub
# 29 iyul 2011 23:54 (UTC +04:00)
Bakı-APA. Konqo Demokratik Respublikasının qərbindəki Kasai çayında baş vermiş gəmi qəzasında ən azı 90 nəfər həlak olub. Bu barədə ölkənin Ekvator əyalətinin rəsmisi məlumat verib.

Hadisə sərnişin və yük daşıyan gəminin digər gəmi ilə toqquşması nəticəsində baş verib. İkinci gəmi zədə almayıb.

Əyalət rəsmisinin sözlərinə görə, gəmidə 200 nəfər olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR