Lənkəranda baş verən yol qəzasında iki qardaş ağır xəsarət alıb

Lənkəranda baş verən yol qəzasında iki qardaş ağır xəsarət alıb
# 01 avqust 2011 13:32 (UTC +04:00)
Şəhər Polis Şöbəsindən (ŞPŞ) APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə Lənkəran-Boradigah şosesinin 1-ci kilometrliyində - rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. Lənkəran rayonunun Xarxatan kənd sakini, 1975-ci il təvəllüdlü Sübhi Mirəhməd oğlu Məmmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomaşın qarşısında gedən, hələlik sürücüsünün şəxsiyyəti istintaqa məlum olmayan “BMW-X5” markalı avtomobilə çırpılıb. Hadisə şahidlərinin sözlərinə görə, toqquşma o qədər güclü olub ki, “BMW-X5” markalı avtomaşın yerində 2 dəfə dövrə vuraraq yolun əks istiqamətinə keçərək dayanıb. Nəticədə “VAZ-2106”-nın sürücüsü və maşında sərnişin olan qardaşı, 1964-cü il təvəllüdlü Habil Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Lənkəran ŞPŞ-də araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR