Bakıda 3 nəfərin ölümünə səbəb olan partlayışla bağlı əmək mühafizəsi qaydalarını pozma maddəsi ilə cinayət işi başlanıb

Bakıda 3 nəfərin ölümünə səbəb olan partlayışla bağlı əmək mühafizəsi qaydalarını pozma maddəsi ilə cinayət işi başlanıb
# 03 avqust 2011 12:41 (UTC +04:00)
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında bildirib ki, baş vermiş hadisə ilə bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə (əmək mühafizəsi qaydalarını pozma) cinayət işi başlanıb, istintaq aparılır.

Qeyd edək ki, bu gün saat 09.30 radələrində Ağa Nemətulla küçəsində yerləşən ət məhsulları istehsal edən sexdə partlayış olub. Nəticədə 3 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb. Partlayışa qaz sızmasının səbəb olduğu bildirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR