Azərbaycan paytaxtında iş adamına hədə-qorxu gələrək ondan külli miqdarda pul tələb edən dəstə üzvləri həbs edilib

Azərbaycan paytaxtında iş adamına hədə-qorxu gələrək ondan külli miqdarda pul tələb edən dəstə üzvləri həbs edilib
# 04 avqust 2011 09:25 (UTC +04:00)
Bu barədə APA-ya Daxili İşlər Nazirliyindən bildirilib. Məlumata görə, Bakı şəhər sakinləri Kənan Məmmədov, Vüqar Əliyev, Məhəmməd Məmmədov, Taleh Nəcəfov, Əlövsət Orucov, Əlizamin Niyazov əlbir olaraq Qaradağ rayonundakı daş karxanasının sahibi Akif Məmmədova hədə-qorxu gələrək ondan bir ay ərzində 30 min manat pul tələb ediblər. Onlar A. Məmmədovdan ilkin olaraq 5 min manat pul alıb.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində dəstə üzvləri həbs edilib. Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR