Şəkidə evə silahlı basqın olub, maskalılar ev sahiblərinə xəsarət yetirərək pul və qızıl əşyaları aparıblar

Şəkidə evə silahlı basqın olub, maskalılar ev sahiblərinə xəsarət yetirərək pul və qızıl əşyaları aparıblar
# 06 avqust 2011 08:50 (UTC +04:00)
Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna basqına məruz qalmış Şəki rayonu Bolludərə kənd sakini Rafiq Alməmmədov məlumat verib. Onun sözlərinə görə, bu gecə saat 03-30 radələrində rayonun Bolludərə kənddə yaşayan qardaşı Füzuli Allməmmədovun evinə basqın edilib. Basqınçıların 6 nəfər maskalı şəxs olublar. Onlar ev sahiblərini döyərək, 5000 manat pul və qızıl əşyaları götürərək aradan çıxıblar. Yaralılar Şəki Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Şəki MŞX-dan verilən məlumata görə, Füzuli və Ofeliya Alməmmədovalar kəllə-beyin travmaları alıblar. Onların durumu orta-ağır hesab edilir. R. Alməmmədovun sözlərinə görə, hadisə ilə bağlı polis artıq 5 nəfəri saxlayıb. Saxlanınlardan birinin qohumlarının Bolludərə kəndində yaşadığı bildirilir. Hadisə ilə bağlı Şəki rayon polis Şöbəsindən məlumat götürmək mümkün olmayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR