Qaxda iki uşaq atası intihar edib

Qaxda iki uşaq atası intihar edib
# 08 avqust 2011 07:13 (UTC +04:00)
Qax. Vüqar Heydərov-APA. Azərbaycanın Qax rayonunda iki uşaq atası intihar edib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Qax rayon Polis Şöbəsindən məlumat verilib. İntihar hadisəsi rayonun Qax İngiloy kəndində qeydə alınıb. 1963-cü il təvəllüdlü, Qax İngiloy kənd sakini Tamazaşvili Qoça Lionidoviç özünü yaşadığı evin həyətindəki tövlədən asaraq intihar edib. Q. Tamazaşvilin evli və iki uşaq atası olduğu bildirilir. Faktla bağlı Qax rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR