Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Xaçmaz və Xızı rayonlarında törədilən ağır cinayət hadisələri ilə bağlı birgə məlumat yayıb

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Xaçmaz və Xızı rayonlarında törədilən ağır cinayət hadisələri ilə bağlı birgə məlumat yayıb
# 08 avqust 2011 13:30 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, respublikanın daxili işlər və prokurorluq orqanları tərəfindən son vaxtlar baş vermiş ağır və xüsusilə ağır, eləcə də geniş ictimai rezonans doğuran cinayətlərin açılması və təqsirkar şəxslərin tutularaq məsuliyyətə cəlb edilməsi istiqamətində bir sıra uğurlu əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri həyata keçirilib. Belə ki, bu il avqustun 2-də Quba rayonunun Xucbala kənd sakini Rəşid Xudaverdiyev Xaçmaz Rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, onunla birgə yaşayan oğlu Cümşüd iyulun 30-da özünə məxsus "Hyundai-Santafe" markalı avtomaşınla evdən çıxmış və geri qayıtmayıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Cümşüd Xudaverdiyevin bıçaqla qətlə yetirilmiş meyiti həmin gün Nabran kəndindən Tel kəndinə gedən yolun kənarından tapılıb.
Faktla bağlı başlanmış cinayət işi üzrə prokurorluq və daxili işlər orqanları əməkdaşlarının birgə həyata keçirdikləri tədbirlər nəticəsində cinayəti tamah məqsədi ilə törətmiş Qəbələ rayon sakini Sərxan Fərzəliyev tutularaq istintaqa cəlb edilib.

Daha bir ağır cinayət hadisəsi Xızı rayonunda qeydə alınıb. Avqustun 5-də rayonun Yarımca kəndi ərazisindəki otlaq sahəsində, Altıağac qəsəbəsinin sakini Yusif Əliyevin odlu silahdan açılmış atəşlə qətlə yetirilmiş meyiti aşkar olunub. İsti izlərlə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində qətli törətmiş Hikmət Əliyev tutulub və ondan cinayətin aləti olan 1 ədəd ov tüfəngi götürülüb.

Hər iki fakt üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR