Ayaz Mütəllibov oğlunun dəfn mərasimində iştirak etmək üçün Bakıya gəlib

Ayaz Mütəllibov oğlunun dəfn mərasimində iştirak etmək üçün Bakıya gəlib
# 08 avqust 2011 16:58 (UTC +04:00)
APA-nın məlumatına görə, içərisində A. Mütəllibovun da olduğu təyyarə bu gün saat 19.45 radələrində Heydər Əliyev Beynəlxalq Hava Limanına enib. Hava limanında jurnalistlərə heç bir açıqlama verməyən sabiq prezident aeroportdan evinə yola düşüb.

Qeyd edək ki, eks-prezidentin 49 yaşlı oğlu Azad Mütəllibov uzun sürən xərçəng xəstəliyindən sonra bu gün dünyasını dəyişib. Mərhumun yas mərasimi sabah – avqustun 9-da saat 11.00-dan Təzə Pir məscidində başlayacaq. Azad Mütəllibov Yasamal qəbiristanlığında babasının yanında dəfn ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR