London polisi 225 nəfəri həbs edib

London polisi 225 nəfəri həbs edib
# 09 avqust 2011 04:54 (UTC +04:00)
Bakı-APA. Londonda etirazların yatırılması zamanı 225 nəfər həbs olunub. 36 nəfərə qarşı isə ittiham irəli sürülüb.

Kömək üçün Esseks və Saffolk qraflıqlarından polis qüvvələri Londona gətirilir.

Bu gecə iğtişaşlar Londonun İlinq və Kamden rayonlarına da yayılıb.

Hadisələrlə bağlı Britaniyanın baş naziri Devid Kemeron öz məzuniyyətini yarımçıq başa vuraraq İtaliyadan evinə dönüb. O bu gün fövqəladə hökumət komitəsinin iclasını keçirəcək.

Daha öncə ölkənin daxili işlər naziri Tereza Mey də məzuniyyətini yarımçıq qoyaraq paytaxta qayıdıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR