Gəncədə ölümlə nəticələnən nəqliyyat hadisəsi baş verib

Gəncədə ölümlə nəticələnən nəqliyyat hadisəsi baş verib
# 09 avqust 2011 10:36 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Gəncə-Yevlax yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, hadisə Gəncə-Yevlax yolunun 1-ci kilometrliyində, Nizami məqbərəsinin yaxınlığında baş verib. Saleh Hüseynovun idarə etdiyi “Mersedes” markalı 10-VC-358 dövlət nömrə nişanlı avtomobil Yevlax istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarına çıxaraq hasara çırpılıb. Qəza nəticəsində sürücü Saleh Hüseynov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla əlaqədar Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR