Hacıqabulda “Azpetrol” yanacaqdoldurma məntəqəsi yaxınlığında baş verən partlayışda 2 nəfər ölüb, 8 nəfər yaralanıb

Hacıqabulda “Azpetrol” yanacaqdoldurma məntəqəsi yaxınlığında baş verən partlayışda 2 nəfər ölüb, 8 nəfər yaralanıb
# 09 avqust 2011 13:36 (UTC +04:00)
Hacıqabul. Əlibəy Zeynallı – APA. Azərbaycanın Hacıqabul rayonunun Padarçöl kəndi yaxınlığında baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 8 nəfər yaralanıb. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə nəticəsində 8 maşın – “İkarus” markalı avtobus, 1 benzindaşıyan maşın, 1 treyler, 1 yük maşını, “Qazel” markalı maşın, 3 minik maşını, böyük sahədə otlaq sahəsi yanıb.

Partlayış nəticəsində yanan avtomobillərin markası və nömrələri:

1. “QAZ-24” markalı, 20 BO 082 dövlət nömrə nişanlı minik avtomobili (sürücüsü ölüb).
2. “QAZ-24” markalı 10 BU 258 dövlət nömrə nişanlı minik avtomobili
3. “VAZ 2106” markalı 10 BL 267 dövlət nömrə nişanlı minik avtomobili
4. 90 JO 749 dövlət nömrə nişanlı benzin daşıyan maşın
5. “Qazel” markalı 04 BF 823 dövlət nömrə nişanlı avtomobil
6. “Daewoo” markalı 10 JT 029 dövlət nömrə nişanlı sərnişin avtobusu
7. 90 BZ 961 dövlət nömrə nişanlı maye qaz daşıyan yük maşını
8. “MAN” markalı yük maşını

İlkin versiyaya görə, yanğına maye qaz daşıyan avtomobildə partlayışın baş verməsi səbəb olub. Yaxınlığında partlayış baş verən benzindoldurma məntəqəsi zərər çəkməyib. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən maşınlar, Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürən vertolyotu cəlb edilib.

Hazırda yanğın tam söndürülüb. Baş verən hadisə ilə bağlı Bakı-Qazax yolunda avtomobillərin hərəkəti dayandırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR