Elçin Behbudov MTN-in istintaq təcridxanasında monitorinq keçirib

Elçin Behbudov MTN-in istintaq təcridxanasında monitorinq keçirib
# 09 avqust 2011 13:46 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında monitorinq keçirib. Bu barədə APA-ya Elçin Behbudovun özü məlumat verib. Komitə sədri təcridxanada saxlanılan 3 nəfər təqsirləndirilən şəxslə görüşdüyünü deyib: “Onlar İrandan Azərbaycana narkotik vasitələr keçirməkdə və qaçaqmalçılıqda təqsirləndirilər. Özlərini təqsirli bilirlər. Vəkillə təmin olunublar. Saxlanma şəraitindən və onlara qarşı münasibətdən şikayətləri olmadı”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR