Azərbaycan Səhiyyə Nazirliyi: Hacıqabul rayonunda baş verən partlayışda 20 nəfər yaralanıb - YENİLƏNİB

Azərbaycan Səhiyyə Nazirliyi:  Hacıqabul rayonunda baş verən partlayışda 20 nəfər yaralanıb - <font color=red>YENİLƏNİB</font>
# 09 avqust 2011 14:28 (UTC +04:00)
Səhiyyə Nazirliyindən APA-ya bildirilib ki, hadisə nəticəsində 2 nəfər ölüb, 20 nəfər yaralanıb. Yaralılardan 7 nəfər Kürdəmir rayon xəstəxanasına, 11 nəfər Hacıqabul rayon xəstəxanasına, 1 nəfər isə Şirvan şəhər xəstəxanasına aparılıb. Kürdəmir rayon xəstəxanasına aparılan yaralılardan üçünün vəziyyəti ağır olduğuna görə, onlar Bakıya 5 saylı xəstəxananın yanıq mərkəzinə göndəriliblər. Hacıqabul rayon xəstəxanasına aparılan yaralılardan biri və Şirvan şəhər xəstəxanasına aparılmış yaralı vəziyyətləri ağır olduğu üçün Bakıya göndərilib.

Hacıqabul rayon mərkəzi xəstəxanasının baş həkimi Feyzulla Qarayev APA-nın Mil-Muğan bürosuna bildirib ki, hadisə zamanı yaralanmış və bu xəstəxanaya gətirilmiş 11 yaralıdan 10 nəfər vertolyotla Bakıya göndərilib. Bir yaralının vəziyyəti isə yüngül olduğuna görə, Hacıqabul rayon mərkəzi xəstəxanasında saxlanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR