Bakı-Şamaxı yolunda qadın idarə etdiyi maşını aşırıb, 15 yaşlı qızı ölüb

Bakı-Şamaxı yolunda qadın idarə etdiyi maşını aşırıb, 15 yaşlı qızı ölüb
# 09 avqust 2011 16:27 (UTC +04:00)
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) istintaq və təhqiqat şöbəsinin müstəntiqi Rafiq Həsənov APA-ya bildirib ki, hadisə bu gün saat 10:00 radələrində yolun 67-ci kilometrliyində, Qobustan rayonu ərazisində qeydə alınıb. Məlumata görə Bakının Nəsimi rayonunda yaşayan 1966-cı il təvəllüdlü Mikayılzadə Nigar Fuad qızı 90-SZ-180 dövlət nömrə nişanlı “Nissan TIDA” markalı minik avtomobilini idarə edərkən yoldan çıxaraq aşırıb. Hadisə nəticəsində N. Mikayılzadə ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilsə də, onun qızı 1996-cı il təvəllüdlü Mikayılzadə Leyla Elxan qızı dünyasını dəyişib. Faktla bağlı BDYPİ-nin istintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR