Naxçıvanda ağır qətl hadisəsi törədilib

Naxçıvanda ağır qətl hadisəsi törədilib
# 10 avqust 2011 08:52 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Naxçıvan Muxtar Respublikasında ağır qətl hadisəsi törədilib. Şərur Rayon prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə dünən axşam saat 19.00 radələrində rayonun Çərçiboğan kəndində qeydə alınıb. Kənd sakini İlham Novruzov qısqanclıq zəminində həyat yoldaşı Kifayət Novruzova və az yaşlı qızı Vəsiləni çəkiclə döyüb. Daha sonra isə o, bıçaqla hər iki şəxsə çoxsaylı zərbələr endirib. Nəticədə Kifayət Novruzova aldığı xəsarətlərdən dünyasını dəyişib. Qızı Vəsilə isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən İ. Novruzov saxlanılıb. Məlumata görə, o, məhkumluq həyatı yaşayır. Hadisə baş verən gün isə İ. Novruzov ailə üzvlərini ziyarətə gəlibmiş.

Faktla bağlı Şərur rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR