Mingəçevir, Ağsu və Cəlilabadın prokurorları intizam məsuliyyətinə cəlb ediliblər

# 10 avqust 2011 15:30 (UTC +04:00)
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, prokurorluq orqanlarında müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin düzgün təşkili və bu sahədə əməkdaşların məsuliyyətinin artırılması üçün kəsərli tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq, vətəndaşların ərizə, şikayət və müraciətlərinə qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş müddətlər ərzində və obyektiv baxılması, onların haqlı tələblərinin təmini istiqamətində zəruri tədbirlərin görülməsi prokurorluq orqanlarının qarşısında duran mühüm vəzifələrdən biri kimi müəyyənləşdirilib. Mütəmadi olaraq, bu sahədə işin səmərəliliyinin yüksəldilməsi, effektiv nəzarət mexanizmi yaradılmaqla prokurorluq əməkdaşlarının məsuliyyətinin artırılması, vətəndaş müraciətlərinə formal yanaşma hallarına və digər qanunsuzluq faktlarına qarşı qəti tədbirlərin görülməsi təmin olunur.

Müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin təşkili vəziyyətinin Mingəçevir şəhər, Ağsu və Cəlilabad rayon prokurorluqlarında yoxlanılması nəticəsində bu sahədə ciddi çatışmazlıqlara və icra intizamının pozuntusu hallarına yol verildiyi müəyyən edildiyinə görə Baş Prokurorluq üzrə 08.08.2011-ci il tarixli əmrlə həmin şəhər və rayonların prokurorları A. Qarayev, S. Məmmədli və M. İsmayılov, habelə Mingəçevir şəhər və Cəlilabad rayon prokurorlarının müavinləri və bir sıra digər əməkdaşlar intizam məsuliyyətinə cəlb ediliblər.

Prokurorluq orqanları tərəfindən “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə dönmədən əməl edilməsi, bu sahədə işin düzgün təşkilinə görə əməkdaşların məsuliyyətinin artırılması istiqamətində zəruri tədbirlərin görülməsi təmin ediləcəkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR