İstanbulda “Əl-Qaida” terror təşkilatının üzvü olan azərbaycanlıların həbsinin təfərrüatları məlum olub

İstanbulda “Əl-Qaida” terror təşkilatının üzvü olan azərbaycanlıların həbsinin təfərrüatları məlum olub
# 12 avqust 2011 15:56 (UTC +04:00)
APA-nın məlumatına görə, Türkiyə vətəndaşı Mehmet Toprak, Azərbaycan vətəndaşları İslam Qəniyev və Füzuli Məhərrəmov adlı şəxslər istintaqda onlara qarşı irəli sürülən iddiaları qəbul etməyiblər.

Axtarış zamanı təqsirləndirilən şəxslərin evlərindən kustar üsulla partlayıcılar hazırlamaq üçün qeydlər, CD disklər və silah aşkarlanıb. Şübhəli İslam Qəniyev isə qaldığı evə 3 gün öncə köçdüyünü və evdə müsadirə edilən tapança və kompüterin ona aid olmadığını bildirib. Türkiyə, İran, Çin, Dubay, Gürcüstan və Azərbaycanda ticarətlə məşğul olduğunu deyən Füzuli Məhərrəmov isə Türkiyədə 2 aydır yaşadığını bildirib. O da digər yoldaşları kimi ələ keçirilmiş CD və DVD-lərin ona aid olmadığını söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR