MTN və Baş Prokurorluq Azərbaycanda radikal dini qruplaşma üzvlərinin zərərsizləşdirilməsi barədə birgə məlumat yayıb

MTN və Baş Prokurorluq Azərbaycanda radikal dini qruplaşma üzvlərinin zərərsizləşdirilməsi barədə birgə məlumat yayıb
# 12 avqust 2011 16:18 (UTC +04:00)
MTN-in İctimai Əlaqələr Mərkəzindən APA-ya daxil olan məlumatda bildirilib ki, müəyyən edilib ki, Abgül Süleymanov İran İslam Respublikasının Bakıda fəaliyyət göstərən Mədəniyyət Mərkəzinin maliyyə dəstəyi əsasında rəsmi dövlət qeydiyyatı olmayan «Cəfəri» adlı radikal dini qrup yaradaraq ona rəhbərlik edib. Qrupun üzvləri dini radikallığı təşviq edən təbliğatlar aparıb, həmçinin belə ifrat çağırışları, eləcə də dini təfriqəni, məzhəb ayrı-seçkiliyini aşılayan vərəqələrin hazırlanmasını və dindarlar arasında paylanılmasını təşkil ediblər. «Cəfəri» adlı radikal dini qrup tərəfindən təbliğat işinin genişləndirilməsi məqsədilə «www.İslam-Azeri.az» internet saytı yaradılıb və ona rəhbərlik Ramin Bayramova həvalə olunub.
Abgül Süleymanov və «Cəfəri» adlı dini radikal qrupun üzvləri İran İslam Respublikasının Bakıdakı Mədəniyyət Mərkəzinin əməkdaşları, eləcə də Azərbaycanda fəaliyyət göstərən radikal şiəmeyilli dini icma və birliklər, o cümlədən onların rəhbərləri ilə sıx əlaqələr saxlayıblar. Bundan başqa, Abgül Süleymanov hazırda Cinayət Məcəlləsinin terrorçuluq və dövlətə xəyanət maddələri ilə 2008-ci ildən barəsində beynəlxalq axtarış elan olunmuş Azərbaycan, İranın Qum şəhərində yaşayan və orada fəaliyyət göstərən “Haqq yolu” Elmi-mədəni müəssisəsinin rəhbəri Hüseynov İsgəndər Hüseynəli oğlu ilə yaxın münasibətlər saxlamaqla yanaşı, «Cəfəri» adlı dini radikal qrupun fəaliyyət istiqamətini müəyyənləşdirməkdə sonuncudan mütəmadi təlimatlar alıb.
«Cəfəri» adlı radikal dini qrupun üzvləri İranın Azərbaycanda fəaliyyət göstərən dini nümayəndəlikləri tərəfindən maliyyələşdirilən və rəsmi dövlət qeydiyyatı olmayan Azərbaycan İslam Partiyasının tədbirlərində daim iştirak edərək, açıq şəkildə Azərbaycanda şəriət qanunları ilə idarə olunan dövlətin yaradılmasına çağırışlar ediblər.
Bundan başqa, Abgül Süleymanov Azərbaycanda fəaliyyət göstərən bir sıra Qərb ölkələrinin səfirliklərinin qarşısında radikal dindarlar tərəfindən icazəsiz keçirilən bütün etiraz aksiyalarının təşkilatçısı olub.
Keçirilmiş baxışlar nəticəsində Arif Qəniyevin üzərindən təxminən 19 qram narkotik vasitə olan həşış və ona məxsus avtomobildən 1 ədəd “Makarov” tipli tapanca, həmin odlu silaha aid 1 ədəd tapança darağı, 5 ədəd «PM» patronu, Ramin Bayramova məxsus qarajdan 1 ədəd “Baykal” tipli tapança, həmin tapançaya aid səsboğucu, 1 ədəd tapança darağı, 8 ədəd patron, 2 ədəd «F-1» tipli əl qumbarası və 2 ədəd alışdırıcı, 13 qramdan artıq narkotik vasitə olan həşiş qətranı, Abgül Süleymanovun üzərindən 23,7 qram narkotik vasitə olan həşiş aşkar edilərək götürülüb.
Hazırda faktla bağlı MTN-in İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 228.1 (qanunsuz olaraq odlu silah, döyüş sursatı, saxlama, daşıma və gəzdirmə) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma) maddələri ilə cinayət işi başlanılıb. Süleymanov Abgül Nemət oğlu, Bayramov Ramin Cahangir oğlu və Qəniyev Arif Gülsuvar oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq, barələrində məhkəmənin qərarı əsasında həbs-qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının ifşası üçün istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR