Lənkəranda mal-qara oğurluğu ilə məşğul olan şəxslər tutulub

Lənkəranda mal-qara oğurluğu ilə məşğul olan şəxslər tutulub
# 15 avqust 2011 08:11 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Lənkəran rayonunda mal-qara oğurluğu ilə məşğul olan şəxslər tutulub. Bu barədə APA-nın Cənub bürosuna Şəhər Polis Şöbəsinin (ŞPŞ) baş müstəntiqi Rövşən Rəşidov məlumat verib. Onun sözlərinə görə, Lənkəran şəhər sakinləri, 1980-ci il təvəllüdlü Ramil Kamil oğlu Əliyev və 1985-ci il təvəllüdlü Xalid Nizami oğlu Hüseynov bu ilin iyun-iyul aylarında rayonun İstisu və Haftonu qəsəbələrində, Veravul kəndində ayrı-ayrı vətəndaşlara məxsus 10 başadək iribuynuzlu mal-qaranı oğurlayaraq satıblar. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onların hər ikisi şübhəli şəxs qismində saxlanaraq istintaq orqanlarına təhvil verilib. Hazırda tutulan şəxslərin cinayət əməlindən digər zərərçəkmişlərin olub-olmaması müəyyənləşdirilir.
Faktla bağlı Lənkəran ŞPŞ-də Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3 maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR