Azərbaycan prezidenti Şabranda Heydər Əliyev Mərkəzi açılışında iştirak edib

Azərbaycan prezidenti Şabranda Heydər Əliyev Mərkəzi açılışında iştirak edib
# 15 avqust 2011 13:23 (UTC +04:00)
APA-nın “AzərTAC”a istinadən yaydığı məlumata görə, dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyevə məlumat verilib ki, Şabran rayonunun inkişafı daim Heydər Əliyevin respublikamıza rəhbərliyinin bütün dövrlərində diqqət mərkəzində olub. Şabran şəhərində inşa olunan Heydər Əliyev Mərkəzi də onun zəngin həyat yolunun səhifələrini vərəqləməyə, Azərbaycan tarixinin bütöv bir qərinəsinə nəzər salmağa imkan verir. Mərkəzdə foto-video studiyası, virtual sinif yaradılıb. Mərkəzin ikinci mərtəbəsində xalçaçılıq və rəssamlıq dərnəkləri fəaliyyət göstərir. Mərkəz bütün zəruri avadanlıqla, o cümlədən yüksək sürətli internetlə, kompüterlərlə təchiz edilib. Prezident İlham Əliyev görülən işləri yüksək qiymətləndirib, mərkəzin xatirə kitabına ürək sözlərini yazıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR