Ağstafada yabanı halda bitmiş 8,8 ton çətənə kolu məhv edilib

Ağstafada yabanı halda bitmiş 8,8 ton çətənə kolu məhv edilib
# 16 avqust 2011 09:01 (UTC +04:00)
Ağstafa. Ayxan Hüseynov-APA. Ağstafa rayonunda yabanı halda bitmiş 8,8 ton çətənə kolu məhv edilib. Ağstafa rayon Polis Şöbəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, narkotik bitkilərin yabanı halda yayılmasının qarşısını almaq məqsədi ilə keçirilən “Xaşxaş-2011” kompleks tədbirləri nəticəsində polis şöbəsi əməkdaşları tərəfindən rayon ərazisində yabanı halda bitmiş ümumi çəkisi 8.800 kiloqram olan 11.750 ədəd çətənə kolu yığılıb yandırılaraq məhv edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR