Keçmiş həyat yoldaşının başını kəsən şəxsin məhkəməsi başlayır

Keçmiş həyat yoldaşının başını kəsən şəxsin məhkəməsi başlayır
# 16 avqust 2011 09:12 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Keçmiş həyat yoldaşının başını kəsməkdə təqsirləndirilən Elçin Babazadənin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. İş materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. APA-nın xəbərinə görə, cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib. Prosesinin hazırlıq iclası isə avqustun 18-nə təyin olunub.

Qeyd edək ki, Elçin Babazadə 15 il əvvəl boşandığı həyat yoldaşı Gümüş Abdullayevanın başını kəsərək onu qətlə yetirib. O, Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələrinə əsasən ittiham olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR