Sumqayıtda bir ailənin 3 üzvü qidadan zəhərlənib

Sumqayıtda bir ailənin 3 üzvü qidadan zəhərlənib
# 16 avqust 2011 09:20 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın Sumqayıt şəhərində bir ailənin üç üzvü qidadan zəhərlənib. APA-nın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi xəbərə görə, hadisə avqustun 14-də qeydə alınıb. Sumqayıt şəhər sakinləri Tahirə İsmayılova, oğlu Ramil və nəvəsi Sahib evlərindən qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

DİN-in məlumatına görə, Bakı şəhər sakini Rəfiqə Manafova isə dərmandan zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib. Hadisə avqustun 16-da baş verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR