Şamaxıda maşın ağaca çırpılıb, ölən və xəsarət alan var

Şamaxıda maşın ağaca çırpılıb, ölən və xəsarət alan var
# 16 avqust 2011 11:09 (UTC +04:00)
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İstintaq və təhqiqat şöbəsinin müstəntiqi Vüsal Məmmədov APA-ya bildirib ki, hadisə bu gün saat 9:00 radələrində yolun 126-cı kilometrliyində, Şamaxı rayonu ərazisində qeydə alınıb. Laçın rayon sakini, 1978-ci il təvəllüdlü Rüstəmov Rüstəm İsa oğlu 90-HP-753 dövlət nömrə nişanlı “Nissan X-Trail” markalı minik maşınını yüksək sürətlə idarə edərkən yoldan çıxararaq ağaca çırpıb. Hadisə nəticəsində sürücü R. Rüstəmov ağır dərəcəli bədən xəsarəti alıb, sərnişin Ağsu rayon sakini 1990-cı il təvəllüdlü Babayev Sayma İlqar oğlu dünyasını dəyişib.

Faktla bağlı BDYPİ-nin istintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR