Gəncədə iki polis əməkdaşı bıçaqlanıb

Gəncədə iki polis əməkdaşı bıçaqlanıb
# 16 avqust 2011 15:40 (UTC +04:00)
Hadisə ötən gecə saat 00:00 radələrində Gəncə şəhəri, Xətai prospektində qeydə alınıb. Ərazidə xidmət aparan Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları, kiçik polis serjantları - Asim Əliyev və Vüsal Alıyev bir qrup şəxsin mübahisə etdiyini görüb, ictimai asayişi qorumaq məqsədilə onlara yaxınlaşıb. Mübahisə edənlərdən biri polis əməkdaşlarına hücum çəkərək iki polisi bıçaqla yaralayıb. Daha sonra onlar hadisə yerindən qaçıblar. Xəsarət alan hər iki polis əməkdaşı xəstəxanaya yerləşdirilib.

Məlumatda həmçinin bildirilir ki, artıq hadisəni törədən şəxslərin kimliyi müəyyənləşib. Hazırda polis həmin şəxslərin tutulması istiqamətində axtarışları davam etdirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR