Bayıl yamacında yenidən sürüşmə təhlükəsi yaranıb

Bayıl yamacında yenidən sürüşmə təhlükəsi yaranıb
# 18 avqust 2011 08:37 (UTC +04:00)
Bakı-APA. Bayıl yamacında yenidən sürüşmə təhlükəsi yaranıb. Səbail Rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, təhlükə zonası “Əbədi məşəl” kompleksinin yaxınlığından “Gülüstan” sarayına doğru uzanan ərazini əhatə edir. Ərazidə kiçik çatlar əmələ gəlib, Fövqəladə Hallar Nazirliyinin qüvvələri təhlükə zonasında bərkitmə işləri aparırlar.
Hazırda baş nazirin müavini, Dövlət Fövqəladə Hallar Komissiyasının sədri Abid Şərifov da hadisə yerindədir. Ərazidə Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR