“Gülüstan” sarayının qarşısından Bayıl qəsəbəsinə gedən yolda asfalt örtük bir neçə yerdən eninə və uzununa çatlayıb

“Gülüstan” sarayının qarşısından Bayıl qəsəbəsinə gedən yolda asfalt örtük bir neçə yerdən eninə və uzununa çatlayıb
# 18 avqust 2011 10:35 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Azərbaycan paytaxtında Bayıl yamacında baş verən torpaq sürüşməsinin genişlənməsinin qarşısını almaq məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qurumlarının şəxsi heyəti tərəfindən zəruri tədbirlər həyata keçirilir.

APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, “Gülüstan” sarayının qarşısından Bayıl qəsəbəsinə gedən yolda, sarayın yaxınlığında asfalt örtüklü avtomobil yolunda çökmə baş verib. Eni 10 metrdən çox olan yolda asfalt örtük 1 neçə yerdən eninə və uzununa çatlayıb və çökmə əmələ gəlib.

Bundan başqa, Şəhidlər Xiyabanındakı “Əbədi Məşəl” abidəsinin aşağı hissəsində də torpaq sürüşməsi və çatlar əmələ gəlib. Ərazidə torpaq sürüşməsinin baş verməsinin səbəblərini aydınlaşdırmaq məqsədi ilə ekspertiza qrupu tərəfindən geoloji araşdırmalara başlanılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR