Naməlum şəxs “Axundov” parkının yaxınlığındakı binanın damından özünü atmaq istəyib

Naməlum şəxs “Axundov” parkının yaxınlığındakı binanın damından özünü atmaq istəyib
# 18 avqust 2011 12:30 (UTC +04:00)
Hadisə bu gün “Axundov” parkının yaxınlığında yerləşən hündür mərtəbəli binada qeydə alınıb. Şəxsiyyəti hələlik müəyyənləşməyən naməlum kişi binanın damından özünü atmaq istəyib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gəlib. Psixi durumunda problemlər olan həmin şəxslə aparılan söhbət nəticəsində onu fikrindən yayındırmaq mümkün olub. Hazırda intihara cəhd edən həmin şəxsin kimliyi və bu addımı hansı məqsədlə atmasının səbəbləri araşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR